"Qarabağ"ın sabiq futbolçusu ABŞ-da akademiya açdı
Futbol
- 19 avqust, 2020
- 18:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-ın "Nyu-York Kosmos" klubunun futbolçusu Ansi Aqolli Nyu-York şəhərində futbol akademiyası açıb.
"Report"un məlumatına görə, bu barədə albaniyalı müdafiəçi özünün "Facebook" səhifəsində paylaşım edib.
38 yaşlı sol cinah oyunçusu bu layihəni komanda yoldaşı Bledi Bardiklə birlikdə həyata keçirib. "AB7 Soccer Academy" adlanan akademiya 6 - 14 yaş arası uşaqlar üçün nəzərdə tutulub.
Aqolli akademiyada peşəkar məşqçilərin cəmləşdiyini bildirib.
Qeyd edək ki, 2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. 38 yaşlı müdafiəçi iyunda komandası ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb.
Son xəbərlər
03:06
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
Futbol
02:35
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
Digər ölkələr
02:07
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
Region
01:41
NYT: FIFA Trampa təqdim etdiyi sülh mükafatını ləğv edə bilər
Digər ölkələr
01:16
Serbiyada avtomobil yollarından istifadə haqqı 4 faiz artırılacaq
Digər ölkələr
00:40
İlon Mask: USAID-in fəaliyyəti çoxsaylı insanın ölümünə səbəb olub
Digər ölkələr
00:03
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
Digər ölkələr
23:48
Abdallah Sima Fransa çempionatında 12 ildən sonra bir oyunda beş qol vuran ilk futbolçu olub
Futbol
23:33
Corc Rassell Qətər Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1