"Qarabağ"ın rəqibi xal itirib
Futbol
- 09 oktyabr, 2022
- 17:39
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Frayburq" Almaniya Bundesliqasında xal itirib.
"Report"un məlumatına görə, IX turda "Herta"nın qonağı olan komanda rəqibi ilə heç-heçə edib - 2:2.
Hesabı 22-ci dəqiqədə Frayburq təmsilçisindən Daniel-Kofi Köreh açıb. 34-cü dəqiqədə tarazlığı bərpa edən meydan sahibləri 61-ci dəqiqədə önə keçiblər. "Frayburq"u məğlubiyyətdən 78-ci dəqiqədə fərqlənən Kevin Şade xilas edib.
Kristian Ştrayxın baş məşqçi olduğu kollektiv heç-heçəyə baxmayaraq, 18 xalla liderliyə yüksəlib.
Qeyd edək ki, "Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.
Son xəbərlər
19:09
Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib
Xarici siyasət19:00
Video
Hikmət Hacıyev: Dünya Köçəri Oyunlarında komandamıza uğurlar arzulayırıq
Xarici siyasət19:00
Türkiyə millisinin futbolçusu Kənan Yıldız əməliyyat olunub
Futbol18:58
CENTCOM SEPAH-ın Hörmüzdə tankerin minaya düşərək partlaması ilə bağlı bəyanatını təkzib edib
Digər ölkələr18:58
İlham Əliyev: Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır
Xarici siyasət18:51
Foto
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib - YENİLƏNİB-2
Xarici siyasət18:48
Bessent: İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər
Digər ölkələr18:39
Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH
Analitika18:37
Foto