“Qarabağ”ın rəqibi Polşa millisinin futbolçusunu icarəyə götürüb
Futbol
- 17 yanvar, 2023
- 09:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Belçika klubu “Gent” Polşa millisinin futbolçusu Kamil Pyatkovskini heyətinə cəlb edib.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi Avstriya təmsilçisi “Zalsburq”dan icarəyə götürülüb.
2021-ci ildən Polşa millisinə çağırılan ucaboy mərkəz müdafiəçisi mövsümün sonuna qədər icarə əsasında “Gent”in formasını geyinəcək. Belçika klubunun yeni “4 nömrəsi”nin “Zalsburq”la müqaviləsi 2026-cı ilə qədərdir.
Qeyd edək ki, “Qarabağ”la “Gent” komandaları fevralın 16-da və 23-də qarşılaşacaqlar. İlk oyun Bakıda, cavab matçı isə Gentdə baş tutacaq.
Son xəbərlər
06:08
Tramp: Yanvarın sonunadək İrana qarşı hərbi əməliyyatlar üçün vəsait mövcuddur
Digər ölkələr
05:39
"Real" qələbə seriyasını on matça çatdırıb
Futbol
05:22
ABŞ-də hərbi bazada kütləvi qətldə ittiham olunan şəxs edamın təxirə salınmasını istəyir
Digər ölkələr
04:54
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
Digər ölkələr
04:12
Britaniya və Ukrayna birlikdə hücum dronları istehsal edəcəklər
Digər ölkələr
03:41
Tramp: İranın raket zərbələri endirmək imkanları məhduddur
Digər ölkələr
03:07
SEPAH rəhbəri: İran raketlərinin uçuş məsafəsində məhdudiyyəti yoxdur
Region
02:52
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
Digər ölkələr
02:25
NYT: Hakerlər ABŞ-nin kəşfiyyat sistemlərindən birinin parolunu qırıblar
Digər ölkələr