“Qarabağ”ın qapıçısı Rusiya millisinə çağırıla bilər
Futbol
- 11 oktyabr, 2023
- 10:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinə çağırıla bilər.
“Report” xəbər verir ki, bu barədə yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov Rusiya Futbol İttifaqının mətbuat xidmətinə müsahibəsində deyib.
Mütəxəssis bildirib ki, 32 yaşlı qolkiperin uğurlu çıxışı onların diqqətini çəkib: “Yığmaya namizədlər arasında “Qarabağ”da çox yaxşı çıxış edən Andrey Lunyov da var. O, Avropa Liqasının qrup mərhələsində meydana çıxdığı ilk iki görüşdə qapısının toxunulmazlığını qorumağı bacardı. Lunyov “Neftçi” ilə çempionat qarşılaşmasını da yüksək səviyyədə keçirdi”.
Qeyd edək ki, yay fasiləsində Almaniyanın “Bayer 04” klubundan ayrılan Andrey Lunyov “Qarabağ”a azad agent kimi keçib.
Son xəbərlər
12:05
Qriqoryan: Bu gündən TRIPP-in layihələndirilməsi işlərinə başlanılacaq
Region
12:02
Marta Kos: Monteneqro Avropa İttifaqına üzvlük prosesində liderdir
Xarici siyasət
11:54
AMB islam maliyyəsi üzrə qanunvericilikdə dəyişiklik edilməsini təklif edib
Maliyyə
11:53
Putin Rusiya hökumətdə kadr dəyişiklikləri edib
Region
11:53
Foto
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
Fərdi
11:53
Paşinyan Ermənistanın Aİİ ilə mövcud münasibətlərini çağırış adlandırıb
Region
11:52
Foto
Gənc könüllülər Şəkidə dayanıqlı inkişaf mövzusunda təlimlər keçiblər
Sosial müdafiə
11:51
Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb
Maliyyə
11:51
Milli Məclis: Fransada baş verənlər hökumətin siyasi iflasının göstəricisidir
Milli Məclis