"Qarabağ"ın daha bir legioneri milliyə dəvət alıb
- 04 oktyabr, 2021
- 09:32
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinə dəvət alıb.
"Report" Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Liberiyaya qarşı keçirəcəkləri 2022-ci dünya çempionatının seçmə oyunları üçün yığmaya çağırılıb.
Qeyd edək ki, oyunlar oktyabrın 7-də və 10-da olacaq. Daha əvvəl Marko Veşoviç Monteneqro millisinə çağırılıb.
11:22
"Qarabağ"ın futbolçusu Marko Veşoviç Monteneqro millisinə dəvət alıb.
"Report" Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi Cəbəllütariq və Norveçə qarşı keçirəcəkləri 2022-ci dünya çempionatının seçmə oyunları üçün yığmaya cəlb olunub.
Qeyd edək ki, Monteneqro oktyabrın 8-də Cəbəllütariqin, 3 gün sonra isə Norveçin qonağı olacaq.