"Qarabağ"ın legioneri: "Milli komandada 50 oyuna çıxmaq mənim üçün daha çox məna kəsb edir"

"Qarabağ"ın legioneri: "Milli komandada 50 oyuna çıxmaq mənim üçün daha çox məna kəsb edir" Monteneqro millisi ilə 50 oyuna çıxmaq mənim üçün statistikadan daha çox məna kəsb edir.
Futbol
28 mart 2025 12:41
Qarabağın legioneri: Milli komandada 50 oyuna çıxmaq mənim üçün daha çox məna kəsb edir

Monteneqro millisi ilə 50 oyuna çıxmaq mənim üçün statistikadan daha çox məna kəsb edir.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Marko Yankoviç şəxsi instaqram hesabında yazıb.

Yarımmüdafiəçi Monteneqro yığmasında yubiley matçına çıxması ilə bağlı fikirlərini bölüşüb:

"Bu, 25 illik məşq, fədakarlıq, özümlə mübarizə və davamlı olaraq inkişaf etmək arzusudur. Bilirəm ki, məndən daha yaxşı oyunçular bu komandada az çıxış ediblər. Ona görə bu rəqəmi daha böyük qürur və minnətdarlıqla daşıyıram. Ailəmə, dostlarıma, məşqçilərimə, komanda yoldaşlarıma və azarkeşlərə çətin anlarda dəstək olduqları üçün təşəkkür edirəm".

Qeyd edək ki, 2022-ci ildən "Qarabağ"da çıxış edən Marko Yankoviç 2016-cı ildən Monteneqro millisinin formasını geyinir.

Son xəbərlər

Orphus sistemi