"Qarabağ"ın legioneri: "İtaliya klubu təmsilçimlə əlaqə saxlayıb"

"Qarabağ"ın legioneri: "İtaliya klubu təmsilçimlə əlaqə saxlayıb" "Bunun nə dərəcədə doğru olduğunu bilmirəm. Çünki mənə dünən məlumat verilib".
Futbol
1367
30 Avqust , 2021 12:37
Qarabağın legioneri: İtaliya klubu təmsilçimlə əlaqə saxlayıb
Kevin Medina

"Bunun nə dərəcədə doğru olduğunu bilmirəm. Çünki mənə dünən məlumat verilib".

Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Kevin Medina İtaliyanın "Salernitana" klubunun onunla maraqlandığına dair xəbərə münasibət bildirərkən deyib.

28 yaşlı kolumbiyalı müdafiəçi təmsilçisi ilə A Seriyası klubunun nümayəndələrinin əlaqə saxladığını bildirib.

O, "real təklif olsa, getməyi düşünərsinizmi" sualına belə cavab verib: "Həmişə təkliflərə qulaq asmalıyıq. Amma mən hazırda "Qarabağ"da çox xoşbəxtəm".

Qeyd edək ki, Kevin Medina "Qarabağ"a 2020-ci ilin yayında keçib. Onun "köhlən atlar"la müqaviləsi 2022-ci ildə başa çatmalıdır. "Salernitana" cari mövsüm A Seriyasında keçirdiyi hər iki matçda məğlub olub.

Son xəbərlər

Orphus sistemi