"Qarabağ" yenidən Respublika stadionunda oynayacaq

"Qarabağ" yenidən Respublika stadionunda oynayacaq "Qarabağ"ın "Keşlə"yə qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirməsinin səbəbi bəlli olub
Futbol
1411
24 Yanvar , 2022 13:30
Qarabağ yenidən Respublika stadionunda oynayacaq

"Qarabağ"ın "Keşlə"yə qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirməsinin səbəbi bəlli olub.

Bu barədə "Report"a Ağdam təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, "Azersun Arena"da bəzi işlərə ehtiyac var: "Hazırda qış fasiləsindən sonra komandanın kubok və Premyer Liqadakı oyunlarının böyük əksəriyyətinin məhz burada keçirməsi planlaşdırılır. Bu səbəbdən, orada ot örtüyü ilə bağlı bəzi işlər görülür. Növbəti oyunu Tofiq Bəhramov adına Respublika Stadionuna salmaq da qaydalara zidd deyil. Suraxanıdakı arenada isə ot örtüyü ilə bağlı işlər davam etdiriləcək. Kubok matçının mərkəzi arenada olmasının səbəbi də budur".

Klub rəsmisi bu günə olan informasiyaya əsasən avrokubok qarşılaşmasının da Tofiq Bəhramov adına Respublika Stadionunda gerçəkləşəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, fevralın 1-də keçiriləcək "Qarabağ" - "Keşlə" matçı saat 17:30-da başlayacaq. "Köhlən atlar" UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"i ilə üz-üzə gələcək. İlk görüş fevralın 17-də səfərdə, cavab oyunu fevralın 24-də evdə olacaq.

Son xəbərlər

Orphus sistemi