"Qarabağ"ın futbolçusu Belçika klubuna keçə bilər
Futbol
- 23 fevral, 2023
- 06:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Elvin Cəfərquliyev karyerasını Belçikada davam etdirə bilər.
"Report" "Voetbalnieuws" nəşrinə istinadən xəbər verir ki, “Anderlext” 23 yaşlı cinah müdafiəçisi ilə maraqlanır.
Klubun idman direktoru Yesper Fredberq "köhlən atlar"ın Belçikada "Gent"ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa skaut göndərəcək.
Cəfərquliyevi yaxından görmək baxımından bu matçın Brüssel təmsilçisi üçün ideal fürsət olduğu vurğulanıb.
Qeyd edək ki, bu gün "Gelamko Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk görüşdə "köhlən atlar" 1:0 hesabı ilə qalib gəlib.
Son xəbərlər
09:28
"Mançester Yunayted" qışda transferlərə 50 milyon funt sterlinqdən az vəsait ayıracaq
Futbol
09:28
Bakıda X Beynəlxalq Bankçılıq Forumu keçirilir
Maliyyə
09:27
Fuad İsayev: "10 ayda MKOS subyektlərinə verilən kreditlərin qalıq məbləği 8 milyard manatı keçib"
Maliyyə
09:27
Bakıda quraşdırılacaq avtobus svetoforlarının hərəkət qaydaları açıqlanıb
Hadisə
09:16
AMB: Sahibkarların kredit müraciətləri poçtla qəbul ediləcək
Maliyyə
09:09
Əsgər Ələkbərov: "Gənclərin biznes qurmasını dəstəkləyən islahatları davam etdiririk"
Biznes
09:03
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (24.11.2026)
Maliyyə
09:02
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (24.11.2026)
Maliyyə
09:01
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək
Futbol