“Qarabağ”ın braziliyalı futbolçuları Avropa Liqasının qrup mərhələsində fərqləniblər

“Qarabağ”ın braziliyalı futbolçuları Avropa Liqasının qrup mərhələsində fərqləniblər “Qarabağ”ın futbolçusu Juninyo Olavio UEFA Avropa Liqasının qrup mərhələsində qapıya ən çox zərbə vuranlar sırasındadır.
Futbol
15 Dekabr , 2023 10:30
“Qarabağ”ın braziliyalı futbolçuları Avropa Liqasının qrup mərhələsində fərqləniblər

“Qarabağ”ın futbolçusu Juninyo Olavio UEFA Avropa Liqasının qrup mərhələsində qapıya ən çox zərbə vuranlar sırasındadır.

“Report”un məlumatına görə, braziliyalı hücumçu komandanın yer aldığı H qrupundakı matçlarda ümumilikdə 15 dəfə qol axtarışında olub.

Bu göstərici ilə o, cəmi 6 futbolçudan geri qalıb və 7-ci yeri bölüşdürüb. Juninyonun zərbələrindən 6-sı "çərçivə"yə ünvanlanıbsa, 6-da dəqiqlik çatmayıb. Digər 3 zərbəyə isə rəqib müdafiəçilər blok qoyublar. Bu göstəricidə lider Yunanıstanın “Panatinaikos” klubunun oyunçusu Fotis Yoannidisdir (21).

Juninyo həmçinin ən çox oyundankənar vəziyyətə düşənlərdən biridir. 27 yaşlı forvard qrup matçlarında 4 dəfə ofsaydda “yaxalanıb”. O, bu göstəricidə də 7-ci pilləni bölüşdürür.

Braziliyalı həm də ən çox kobudluğa məruz qalanlar sırasındadır. “Sambaçı” 13 dəfə kobudluqla dayandırılıb. Juninyo bu baxımdan 6-cı yerdə qərarlaşıb.

“Qarabağ”ın digər braziliyalı futbolçusu Julio Romao isə sarı vərəqə sayında liderlər qrupundadır. O, qrup matçlarında 3 dəfə baş hakimi sarı vərəqə çıxarmağa vadar edib. Romao yalnız passivində 4 “sarı” olan Moldova “Şerif”inin üzvü Qabi Kikidən geri qalır.

Son xəbərlər

Orphus sistemi