“Qarabağ” ikinci əcnəbi transferini açıqlayıb

“Qarabağ” ikinci əcnəbi transferini açıqlayıb “Qarabağ” yay fasiləsində ikinci əcnəbi transferini açıqlayıb.
Futbol
25 iyun 2023 19:39
“Qarabağ” ikinci əcnəbi transferini açıqlayıb

“Qarabağ” yay fasiləsində ikinci əcnəbi transferini açıqlayıb.

“Report” xəbər verir ki, Ağdam klubu sosial şəbəkə vasitəsilə braziliyalı vinger Juninyonun keçidini elan edib.

27 yaşlı hücumameyilli oyunçu Portuqaliyanın “Çaves” klubundan transfer olunub. O, yeni komandası ilə 3 illik müqavilə imzalayıb. Juninyo "Qarabağ"da 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Qarabağ”ın transfer dönəmində ilk keçidi “Zirə”dən fransalı vinger Hamidu Keyta olub.

Son xəbərlər

Orphus sistemi