"Qarabağ"dan ayrılan hücumçu Macarıstan klubu ilə müqavilə bağlayıb
Futbol
- 30 yanvar, 2023
- 16:07
"Qarabağ" qış fasiləsində daha bir futbolçusu ilə vidalaşıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" qanalı hücumçu Kvabena Ovusu ilə yollarını ayırıb.
Əldə olunmuş razılığa əsasən, 26 yaşlı forvard Macarıstanın "Ferentsvaroş" klubuna transfer olub. Müqavilənin detalları açıqlanmayıb.
Daha əvvəl braziliyalı yarımmüdafiəçi Kadi Borges Azərbaycan çempionunu Rusiya "Krasnodar"ına dəyişib.
Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ilin yanvarından “Qarabağ”ın şərəfini qoruyur. Onun ağdamlılarla müqavilə müddəti cari mövsümün sonuna qədər idi.
Son xəbərlər
21:21
"Kaşif Kozinoğlu işi"ndə saxlanılanların sayı artıb
Digər21:21
Foto
Azərbaycan millisi Tacikistanla matçda hesabı açıb - YENİLƏNİR
Futbol21:11
Foto
Qazaxda açıq ərazidə yanğın baş verib
Hadisə21:08
Lavrov və Rubio ikitərəfli münasibətləri və beynəlxalq gündəliyi müzakirə ediblər
Digər ölkələr20:51
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə qələbə ilə start verib
Futbol20:43
Rubio: ABŞ və İranın Nyu-Yorkdakı son görüşü ümidvericidir
Digər ölkələr20:27
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı Nyu-Yorkda işə başlayıb
Xarici siyasət20:18
Foto
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
Media20:12