"Qarabağ" Çempionlar Liqasında "Seltik"ə minimal hesabla məğlub olub - VİDEO

"Qarabağ" Çempionlar Liqasında "Seltik"ə minimal hesabla məğlub olub - VİDEO Qurban Qurbanovun komandasının fərqlənmək imkanı olub
Futbol
30 İyul , 2015 01:38
Qarabağ Çempionlar Liqasında Seltikə minimal hesabla məğlub olub - VİDEO

Bakı. 30 iyul. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyununa çıxıb. "Report"un məlumatına görə, Ağdam təmsilçisi Şotlandiyanın paytaxtı Qlazqoda "Seltik"in qonağı olub.

"Seltik Park"da keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 82-ci dəqiqədə Dedrik Boyata vurub.

"Qarabağ" uzun müddət müqavimət göstərib. Hətta bir neçə epizodda baş məşqçi Qurban Qurbanovun komandasının fərqlənmək imkanı da olub. Qarşılıqlı hücumlar şəraitində keçən matçın sonlarına doğru meydan sahiblərinin təzyiqi bəhrəsini verib. Künc zərbəsindən sonra Boyata fərqlənməyə müvəffəq olub. Qoldan sonra "Qarabağ"ın yeni transferi Raydell Pupon da meydana çıxıb. Amma qonaq komandanın səyləri nəticə verməyib. 

Öncədən canlı yayımlanacağı bildirilsə də, görüş ekranlara gətirilməyib. Səbəb kimi "Seltik" tərəfinin oyunun canlı yayımına icazə verməməsi göstərilib. Demək olar ki, tam dolu olan stadionda 300-dək azərbaycanlı azarkeş də matçı canlı izləyib.

Qeyd edək ki, cavab oyunu avqustun 5-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 21:30-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi