“Çelsi”nin keçmiş baş məşqçisi “Portu”nun prezidenti olub

“Çelsi”nin keçmiş baş məşqçisi “Portu”nun prezidenti olub Portuqaliyalı futbol məşqçisi Andre Villaş-Boaş “Portu”nun prezidenti olub.
Futbol
28 Aprel , 2024 10:44
“Çelsi”nin keçmiş baş məşqçisi “Portu”nun prezidenti olub

Portuqaliyalı futbol məşqçisi Andre Villaş-Boaş “Portu”nun prezidenti olub.

“Report” xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

“Andre Villaş-Boaş “Portu”nun yeni prezidentidir. 26 876 üzv klubun 32-ci rəhbərini seçib”, – məlumatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, Villaş-Boaş 2028-ci ilədək kluba başçılıq edəcək.

46 yaşlı mütəxəssis 2010-2011-ci illərdə “Portu”nun baş məşqçisi olub. Onun məşqçilik karyerasındakı sonuncu komandası Fransa “Marsel”i olub. Daha öncə o, “Çelsi”, “Tottenhem”, “Zenit”, “Şanxay Port” və “Akademika”nın "sükanı arxasında" olub.

Qeyd edək ki, hazırda “Portu” 62 xalla Portuqaliya çempionatının turnir cədvəlində üçüncüdür. Komanda lider “Sportinq”dən 18 xal geri qalır.

Növbəti turda “Portu” “Sportinq”lə qarşılaşacaq. Oyun bu gün, Bakı vaxtı ilə 23:30-da başlayacaq.

Xatırladaq ki, Andre Villaş-Boaş dünyanın ən reytinqli işsiz məşqçiləri siyahısında yer almışdı.

Son xəbərlər

Orphus sistemi