Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha üç oyunu keçiriləcək.
"Report"un məlumatına görə, ilk olaraq "Qəbələ" "Kəpəz"i qəbul edəcək.
Gəncə təmsilçisi 31 xalla 9-cu, "qırmızı-qaralar" 17 xalla 10-cu pillədə qərarlaşıblar. Meydan sahibləri bu matçda qələbə qazana bilməsə, çempionatda sonuncu olacaq və reqlamentə əsasən elitanı tərk edəcək.
Günün ikinci duelində avrokuboklara iddialı "Neftçi" "Turan Tovuz"u sınağa çəkəcək. "Ağ-qaralar" hələlik 47 xalla 5-ci, Tovuz klubu 42 xalla 7-cidir.
Nəhayət, günün son qarşılaşmasında çempion "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq. "Köhlən atlar"ın 73 xalı var. "Kimyaçılar" 47 xalla 4-cü sıradadır.
Azərbaycan Premyer Liqası
XXXII tur
28 aprel
15:30. “Qəbələ” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu
17:45. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Neftçi Arena”
20:00. “Sumqayıt” –“ Qarabağ”
Hakimlər: Rauf Cabarov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
M.H. adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, tura aprelin 29-da "Zirə" - "Araz-Naxçıvan" görüşü ilə yekun vurulacaq. Ötən gün "Sabah" "Səbail"i iki cavabsız qolla üstələyib.