“Qarabağ” Benzianı transfer etmək istədiyini təsdiqləyib
Futbol
- 26 yanvar, 2023
- 06:11
“Qarabağ” Fransanın “Dijon” klubunun yarımmüdafiəçisi Yassin Benzianı transfer etmək istədiyini təsdiqləyib.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə “Report”a açıqlamasında Əlcəzair millisinin sabiq oyunçusu ilə danışıq apardıqlarını bildirib.
Onun sözlərinə görə, 29 yaşlı oyunçu ilə anlaşma ərəfəsindədirlər: “Transfer etmək istədiyimiz futbolçuların siyahısında Yassin Benzia var. Hazırda onunla danışıqlarımız davam edir. Danışıqların yekununa əsasən Benzia ilə müqavilə imzalanacaq. Anlaşmanın detalları barədə məlumat verə bilməyəcəyəm. Danışıqlar yekunlaşdıqdan sonra bütün detallar müəyyənləşəcək”.
Qeyd edək ki, “Lequipe” nəşri “Qarabağ”ın Yassin Benzia ilə 2,5 illik müqavilə imzalaya biləcəyini yazıb.
Son xəbərlər
18:17
Oğuzda 30 ədəd qızılağac kəsilib, şübhəli şəxs saxlanılıb
Hadisə18:12
Cənubi Koreya Hörmüz boğazına alternativlər axtarmağa davam edəcək
Digər ölkələr18:11
Azər Bağırov: "Qarabağ"la oyundan sonra komandamı tanıya bilmirəm"
Futbol18:00
Foto
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Digər18:00
Azərbaycandakı sığorta şirkətlərinin xalis mənfəətinin (zərərinin) məbləğinə görə renkinqi (2025)
Maliyyə17:58
Rövşən Nəcəf "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Energetika17:53
Foto
"TapAgro" platformasının funksionallığı genişləndirilib
ASK17:50
AYNA: 5 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşib
İnfrastruktur17:48
Foto