"Qarabağ" Azərbaycan çempionatlarında 350-ci "quru" hesablı qələbəsini qazanıb
Futbol
- 03 noyabr, 2025
- 10:41
"Qarabağ" Azərbaycan çempionatlarında 350-ci "quru" hesablı qələbəsini qazanıb.
"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Misli Premyer Liqasının X turunun "İmişli" ilə oyunu "Qarabağ" üçün yubileylə əlamətdar olub.
Ağdam klubu ölkə çempionatlarında 350-ci "quru" hesablı qələbəsini 2 cavabsız qolla qazanıb.
"Qarabağ" 202 dəfə evdə, 145 dəfə səfərdə, 3 dəfə neytral meydanda qol buraxmadan qalib gəlib. Ağdamlıların ilk belə qələbəsi 1992-ci il mayın 6-da "Şirvan"la ev matçına (6:0) təsadüf edib. "Qarabağ"ın "quru" hesablı qələbələrindən beşi cari mövsüm qeydə alınıb.
Qeyd edək ki, "Neftçi" 319, "Şamaxı" 186, "Kəpəz" 150, "Bakı" 147, "Turan" 145 görüşdə qol buraxmadan xal itirməyib.
Son xəbərlər
13:04
Rusiya ordusu Ukraynaya hücum edib, ölənlər var
Digər ölkələr12:45
KİV: PSJ Valverde üçün "Real"a 100 milyon avro təklif edib
Futbol12:27
Mingəçevirdə körpəsini zirzəmiyə atan qadın saxlanılıb
Hadisə12:25
Foto
"Boşluğa xütbə" filminin Bakı premyerası baş tutub
Mədəniyyət siyasəti12:17
Bakıya və bəzi rayonlara yağış, dağlıq ərazilərə qar yağacaq - PROQNOZ
Ekologiya12:11
Foto
Naxçıvanda qeyri-sabit hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır
Ekologiya12:00
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi11:58
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi Cerrardı baş məşqçi postuna gətirməyi düşünür
Futbol11:42