Qara Qarayev: "Məğlubiyyəti ən normal həzm edən komandayıq"

Qara Qarayev: "Məğlubiyyəti ən normal həzm edən komandayıq" "Çempionluğu son turda əldən vermək pis hiss deyil. Biz idmançıyıq. "Qarabağ" böyük camiədir və ölkə futbolu üçün böyük işlər görmüşük"
Futbol
20 May , 2021 10:30
Qara Qarayev: Məğlubiyyəti ən normal həzm edən komandayıq

"Çempionluğu son turda əldən vermək pis hiss deyil. Biz idmançıyıq. "Qarabağ" böyük camiədir və ölkə futbolu üçün böyük işlər görmüşük".

Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Qara Qarayev "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın XXVIII tur matçından sonra deyib.

Təcrübəli yarımmüdafiəçi məğlubiyyəti normal şəkildə qəbul edən kollektiv olduqlarını bildirib: "Məğlubiyyətdən də dərs çıxardırıq. Futbolda uduzmaq da var. Artıq 7 ildir ard-arda çempion olmuşuq. Hər il biz çempion olacağıq deyə bir şey yoxdur. Üzüntümüz odur ki, azarkeşlərimiz sevindirə bilmədik. Amma futbolda bəzən belə hallar yaşanır. Komandamla və yoldaşlarımla fəxr edirəm. Sonucu oyunda da daha üstün və layiqli olan biz idik. Şans və medal onlarda olsun, biz daha yaxşıyıq".

Qarayev "Neftçi"ni çempionluq üçün təbrik etdiyini sözlərinə əlavə edib: "Biz Azərbaycanda məğlubiyyəti ən normal şəkildə həzm edən komandayıq. Çünki udanda və uduzanda da rəqibə hörmətlə yanaşmışıq. Heç bir komanda deyə bilməz ki, biz qalib gəlib, rəqibə hörmətsizlik etmişik. "Neftçi"ni təbrik edirəm, çempionluğa layiqdirlər".

Son xəbərlər

Orphus sistemi