"Qalatasaray" klubu yeni sponsorluq müqaviləsi imzalayıb

Futbol
  • 19 yanvar, 2017
  • 12:22
Qalatasaray klubu yeni sponsorluq müqaviləsi imzalayıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu yeni sponsorluq müqaviləsi imzalayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Türkiyənin "Sürat Kargo" yükdaşıma şirkəti növbəti dəstəkçi olacaq.

Hər iki tərəfin iştirakı ilə keçirilən mətbuat konfransında tərəflərin 1.5 illik müqaviləyə qol çəkdiyi bildirilib. Anlaşmanın dəyəri 2.7 milyon avrodur.

Qeyd edək ki, "Qalatasaray" hazırda 25-ə yaxın şirkətlə əməkdaşlıq edir.