"Qalatasaray" Arda Turanın icarəyə götürülməsinə dair "Barselona" ilə razılığa gəlib

Futbol
  • 15 avqust, 2017
  • 10:20
Qalatasaray Arda Turanın icarəyə götürülməsinə dair Barselona ilə razılığa gəlib

Bakı. 15 avqust. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu futbolçu Arda Turanı icarəyə götürmək üçün İspaniya "Barselona"sı ilə razılığa gəlib.

"Report"un "CNN Türk"ə istinadən verdiyi məlumata görə, iki klub arasındakı danışıqlar müsbət nəticə verib.

Arda 5 milyon avro maaş qarşılığında 1 illik icarəyə götürülüb. Onun maaşının 3 milyon avrosunu "Qalatasaray", 2 milyon avrosunu isə hər iki komandaya sponsorluq edən NEF şirkəti ödəyəcək. Rəsmi açıqlamanın bu axşam və ya sabah veriləcəyi gözlənilir.