Pyerluici Kollina Bakıda AFFA-nın baş katibi ilə görüşüb
Futbol
- 05 may, 2023
- 09:46
Bakıda səfərdə olan FIFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina AFFA-nın baş katibi Sərxan Hacıyev və Hakimlər Komitəsinin sədri Barış Şimşəklə görüşüb.
Milli assosiasiyadan “Report”a verilən məlumata görə, görüş Bakı Olimpiya Stadionunda keçirilib.
Söhbət zamanı futbol hakimliyinin inkişafı ilə bağlı müzakirə və fikir mübadiləsi aparılıb.
Həmçinin, Kollina ilə Premyer Liqa oyunlarına təyinat alan hakimlərin görüşü də təşkil olunub. FIFA-nın Hakimlər Komitəsinin sədri azərbaycanlı referilərə müvafiq tövsiyələrini verib.
Qeyd edək ki, bu il fevralın 28-də AFFA-nın prezidenti Rövnəq Abdullayev və FIFA-nın prezidenti Canni İnfantino arasında keçirilən görüş zamanı Pyerluici Kollinanın Azərbaycan hakimləri ilə görüşü müzakirə olunmuşdu.
Son xəbərlər
21:30
UEFA Çempionlar Liqası: TNS - "Sabah" oyunu başlayıb
Futbol21:26
"İmişli" yay hazırlıq dönəmində 7 yoxlama matçı keçirəcək
Futbol21:14
Hərbi təhsil almaq istəyənlər üçün "Açıq qapı" günü keçiriləcək
Hərbi21:11
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
Futbol21:09
Rusiyaya qarşı nəzərdə tutulan sanksiyalar İran və "Hizbullah"a da tətbiq edilə bilər
Digər ölkələr20:48
Vuçiç Zelenski ilə görüşmək niyyətində olduğunu bildirib
Digər ölkələr20:34
Bakıda daha iki küçədə hərəkət məhdudlaşdırılır
İnfrastruktur20:31
Filippində 6,2 maqnitudalı zəlzələ olub
Digər ölkələr20:31