PSJ və "Yuventus" arasında oyunçu mübadiləsi olacaq
Futbol
- 14 dekabr, 2019
- 04:09
Fransanın PSJ klubu ilə Turinin "Yuventus" komandası futbolçularını dəyişdirə bilər.
"Report"un məlumatına görə, bu barədə "Tuttosport" bildirib.
Məlumata görə, paris klubu Peterburq "Zenit"inin keçmiş yarımmüdafiəçisi Leandro Paredesi verməyə hazırdır. Əvəzində parislilər qarşı tərəfdən yarımmüdafiəçi Emre Canı istəyirlər.
Bu halda bildirilir ki, tərəflər artıq müvafiq saziş haqqında danışıqlar aparır. Futbolçuların özləri də belə bölgüyə qarşı çıxmayıblar.
Qeyd edək ki, Paredes PSJ-yə cari ilin yanvarında transfer edilib. Futbolçu bu komandaya "Zenit"dən keçib.
26 yaşlı argentinalı oyunçu ilə 2023-cü ilin iyulunadək müqavilə imzalanıb. Leandro Paredes 2017-ci ilin iyulunda "Zenit"lə 4 illik müqavilə bağlayıb.
Son xəbərlər
23:31
ABŞ İsrail və Qətəri barışdırmaq istəyir
Digər ölkələr23:20
Video
Xəzərdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
Hadisə23:14
Son iki gündə Özbəkistanda üç zəlzələ olub
Digər ölkələr22:55
Afrika ölkələri Beninə ordu göndərə bilər
Digər ölkələr22:35
KİV: Qərb Budapeştsiz Moskvanın aktivlərini həmişəlik dondura biləcək
Digər ölkələr22:17
Londonun hava limanında oğrular 21 nəfərə xəsarət yetirib
Digər ölkələr21:57
Göygöldə avtomobil aşıb, ölən və yaralılar var
Hadisə21:51
"Euronews": Türkdilli ölkələr saxta xəbərlərlə mübarizədə birgə yanaşma axtarırlar
Xarici siyasət21:34