Premyer Liqa: XVII tura bu gün start veriləcək

Premyer Liqa: XVII tura bu gün start veriləcək Bu gün Misli Premyer Liqasında XVII tura start veriləcək.
Futbol
14 Dekabr , 2024 09:20
Premyer Liqa: XVII tura bu gün start veriləcək

Bu gün Misli Premyer Liqasında XVII tura start veriləcək.

"Report" xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Əvvəlcə "Şamaxı" doğma meydanda autsayder "Səbail"i sınağa çəkəcək. Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq matç saat 14:00-da başlayacaq.

Günün növbəti görüşündə isə lider "Araz-Naxçıvan" "Sabah"la münasibətlərinə aydınlıq gətirəcək. Start fiti saat 16:30-da səslənəcək oyun "Liv Bona Dea Arena"da reallaşacaq.

Turnir cədvəlinə 39 xalla "Araz-Naxçıvan" başçılıq edir. "Sabah" 23 xalla beşinci, "Şamaxı" 13 xalla yeddinci sırada qərarlaşıb. 8 xala malik "Səbail" isə sonuncu - onuncudur.

Misli Premyer Liqası

II dövrə, XVII tur

14 dekabr

14:00. “Şamaxı” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu

16:30. “Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Liv Bona Dea Arena”

Qeyd edək ki, turun digər qarşılaşmaları dekabrın 15-16-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi