Premyer Liqa: topa sahibolma və dəqiq ötürmə faizində “Qarabağ” liderdir
- 14 dekabr, 2023
- 09:42
Azərbaycan Premyer Liqasının cari mövsümündə topa sahibolma və dəqiq ötürmə faizində “Qarabağ” liderdir.
“Report” xəbər verir ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) araşdırmasına görə, Ağdam təmsilçisi bu göstəricilərdə çempionatın digər iştirakçılarını qabaqlayır.
Azərbaycan çempionu geridə qalan 16 turda orta hesabla hər matçda 59 faiz topa sahib olur. Dəqiq ötürmələrin faizi isə Qurban Qurbanovun kollektivində 85,6-ya bərabərdir.
Topa sahibolma:
1. “Qarabağ” – 59 faiz
2. “Sabah” – 55,8
3. “Neftçi” – 53,8
4. “Zirə” – 52,2
5. “Qəbələ” – 51,5
6. “Sumqayıt” – 49,2
7. “Səbail” – 44,9
8. “Turan Tovuz” – 44,8
9. “Kəpəz” – 44,2
10. “Araz-Naxçıvan” – 43,2
Dəqiq ötürmə:
1. “Qarabağ” – 85,6 faiz
2. “Zirə” – 84,6
3. “Neftçi” – 84
4-5. “Qəbələ” – 82,8
4-5. “Sabah” – 82,8
6. “Sumqayıt” – 82,7
7. “Səbail” – 80,5
8. “Kəpəz” – 80,3
9. “Turan Tovuz” – 78,4
10. “Araz-Naxçıvan” – 75,6