Premyer Liqa: "Sumqayıt" "Neftçi"yə qalib gəlib
Futbol
- 08 dekabr, 2024
- 15:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasının XVI turunda "Sumqayıt" "Neftçi"yə qalib gəlib.
"Report"un məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda ev sahibləri 2:0 hesablı qələbəyə sevinib.
Hesabı 20-ci dəqiqədə Kamran Quliyev açıb. Fasiləyə 2 dəqiqə qalmış isə Cordan Rezabala yekun hesabı müəyyənləşdirib.
Bu qələbə sayəsində xallarının sayını 19-a çatdıran "Sumqayıt" altıncı pillədə yer alıb. "Neftçi" isə 13 xalla səkkizinci sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki görüşülərində "Araz-Naxçıvan" "Səbail"i 2:0, "Zirə" isə 'Kəpəz"i 4:0 hesabı ilə məğlub edib. "Sabah" və "Qarabağ" komandalarının duelində qalib müəyyənləşməyib - 1:1.
Son xəbərlər
18:03
Video
"Expressbank" "Felis 2026"da 2 qızıl mükafat qazanıb
Maliyyə
17:58
Türkiyədə uçqun altında qalanlardan biri ölüb - Yenilənib
Region
17:57
Foto
"İçərişəhər" stansiyasında "Zəfər arzuları" sosial aksiya təşkil edilib
Daxili siyasət
17:45
Foto
Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti matçını keçirib
Futbol
17:44
Foto
Gəncədə amputant futbolçular arasında yoldaşlıq oyunu keçirilib
Futbol
17:43
İşğal olunmuş rayonun sakini ilə evlənmiş kişilər də məcburi köçkün statusu və vəsiqəsi ala biləcəklər
Daxili siyasət
17:41
Foto
Fərid Qayıbov Aleksandr Çuprianla yanğın-xilasetmə idmanının inkişafına dair müzakirələr aparıb
Fərdi
17:35
Rayonun işğalından sonra doğulmuş şəxslər məcburi köçkün statusu ala biləcəklər
Daxili siyasət
17:26
Qazaxıstan gələn il BTC ilə neft ixracını 1,7 milyon tona qədər artıracaq
Energetika