Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.
"Report" xəbər verir ki, günün ikinci matçında "Turan Tovuz" "Sabah"ı qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 35-ci dəqiqədə penaltidən Fərid Nəbiyev, iki dəqiqə sonra Bruno Qonçalves vurub. Qonaqların heyətində 8, 26 və 42-ci dəqiqələrdə Davit Volkov fərqlənməklə het-trik müəllifi olub.
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Sabah" 7-ci pilləyə yüksəlib. 15 xalı olan Tovuz klubu 8-ci sıraya enib.
Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" səfərdə "Neftçi"yə qalib gəlib - 2:1. Turun “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Səbail” oyunları noyabrın 12-də gerçəkləşəcək. Ötən gün açılış matçında "Kəpəz" səfərdə "Araz-Naxçıvan"ı minimal hesabla üstələyib - 1:0.