Premyer Liqa: "Qarabağ" Tovuzda çətin qələbə qazanıb

Premyer Liqa: "Qarabağ" Tovuzda çətin qələbə qazanıb Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
Futbol
25 Yanvar , 2023 15:49
Premyer Liqa: Qarabağ Tovuzda çətin qələbə qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, lider "Qarabağ" "Turan Tovuz"un qonağı olub. Tovuz şəhər stadionundakı qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə başa çatıb - 3:2.

Hesabı 10-cu dəqiqədə Ağdam klubundan Musa Qurbanlı açıb. 23-cü dəqiqədə meydan sahiblərindən Runi Eva tarazlığı bərpa edib. 4 dəqiqə sonra Ramil Şeydayev qonaqları yenidən önə keçirib. 85-ci dəqiqə hesab növbəti dəfə bərabərləşib. Ehtiram Şahverdiyev fərqlənib. Ağdamlıların qələbə qolunu isə 89-cu dəqiqədə Bəhlul Mustafazadə vurub.

Bu nəticədən sonra xallarını 53-ə çatdıran "Qarabağ" liderliyini möhkəmləndirib. 17 xalı olan "Turan Tovuz" isə 6-cı pillədə qərarlaşıb.

Günün ikinci oyununda "Zirə" "Sumqayıt"ı qəbul edəcək.

Qeyd edək ki, turun açılış matçında "Kəpəz" evdə "Qəbələ" ilə heç-heçə edib - 2:2. Tura yanvarın 26-da keçiriləcək "Şamaxı" - "Səbail" və "Sabah" - "Neftçi" görüşləri ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi