Premyer Liqa: "Kəpəz" "Qəbələ" ilə oyunda qələbəni əldən verib

Futbol
  • 24 yanvar, 2023
  • 11:55
Premyer Liqa: Kəpəz Qəbələ ilə oyunda qələbəni əldən verib

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün ikinci yarısına start verilib.

"Report"un məlumatına görə, XIX turun açılış oyununda "Kəpəz" "Qəbələ"ni qəbul edib. Gəncə şəhər stadionunda keçirilən qarşılaşma heç-heçə ilə başa çatıb - 2:2.

Hesabı 18-ci dəqiqədə meydan sahibləri açıblar. Aymed Ayzaya penaltidən fərqlənib. "Kəpəz" 2-ci qolu da 11 metrlik cərimə zərbəsindən vurub. Bu dəfə yeni transfer Martins Junior 42-ci dəqiqədə adını tabloya yazdırıb. "Qırmızı-qaralar" 63-cü dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. Ruan Renato künc zərbəsindən ötürməni başla qapıdan keçirib. Son nöqtəni isə 79-cu dəqiqədə Ülvi İsgəndərov qoyub.

Bu nəticədən sonra xallarını 26-ya çatdıran "Qəbələ" 5-ci pillədəki mövqeyini qoruyub. 13 xalı olan "Kəpəz" isə 7-ci sıraya yüksəlib.

Qeyd edək ki, XIX turun "Turan Tovuz" - "Qarabağ", "Zirə" - "Sumqayıt" matçları yanvarın 25-də, "Şamaxı" - "Səbail" və "Sabah" - "Neftçi" görüşləri isə yanvarın 26-da keçiriləcək.

Premyer Liqa: "Kəpəz" "Qəbələ" ilə oyunda qələbəni əldən verib

Son xəbərlər

Bütün Xəbər Lenti