Peşəkar Futbol Liqasının rəsmisi "Sumqayıt"ın idman direktoru təyin olunub

Futbol
  • 07 aprel, 2018
  • 13:07
Peşəkar Futbol Liqasının rəsmisi Sumqayıtın idman direktoru təyin olunub

Bakı. 7 aprel. REPORT.AZ/ "Sumqayıt" futbol klubunda növbəti təyinat olub. 

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, Zamiq Hüseynov sumqayıtlıların idman direktoru vəzifəsinə təyinat alıb. 

Qeyd edək ki, Z.Hüseynov 2008-2018-ci illər ərzində Peşəkar Futbol Liqasında çalışıb. O, qurumun Texniki İdman Şöbəsinin rəisi işləyib. 

44 filmi