Bakı. 17 yanvar. REPORT.AZ/ Qazaxıstanın “Astana” klubunun futbolçusu Pedro Enrike “Qarabağ”a dönmək istəmir.
“Report”un məlumatına görə, 29 yaşlı braziliyalı yarımmüdafiəçi bu barədə “Arena FM”ə müsahibəsində bildirib. O, deyib ki, Avropanın bir sıra klublarından gələn təklifləri geri çevirib: “Braziliyanın bir sıra klubları xidmətimdə maraqlıdır, amma menecerimdən məni PAOK-a qaytarmağa cəhd göstərməsini istədim. Avropanın da təkliflərim vardı. Lakin onlar məni qanə etmədi. Mənim üçün pioritet PAOK-a qayıtmaq və ya Braziliyada qalmaqdır”.
“Astana” Enrikeni ötən ilin yayında Yunanıstan PAOK-undan bir illik icarəyə götürsə də, yarımmüdafiəçi Qazaxıstanda qalmaq istəmir. Hazırda vətənində olan futbolçu paytaxt təmsilçisinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışına qatılmayıb. O, PAOK-a dönməsindən ötrü klublar arasında razılığın əldə olunmasını gözlədiyini söyləyib.
Qeyd edək ki, Pedro Enrike ötən mövsüm icarə əsasında “Qarabağ”da çıxış edib. Ağdam təmsilçisi qış fasiləsində sabiq futbolçuları – Reynaldo və Riçard Almeydanı geri qaytarıb. Baş məşqçi