Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin geridə qalan 9 ayı ərzində milli çempionatlarda ən çox qol vuran oyunçuların siyahısını açıqlayıb.
“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, Almaniyanın “Bavariya” klubunda çıxış edən Harri Keyn və Türkiyənin “Qalatasaray” klubunun hücumçusu Mauro İkardi hərəyə 25 qola imza atıblar.
Lakin çempionatın reytinqinə görə Keyn birinci pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıya dünyanın ən yüksək reytinqli 100 çempionatında çıxış edən oyunçular salınır. Azərbaycan Premyer Liqasından heç kim 20 qol səddini keçə bilməyib.
Futbolçu |
Qollar |
Ölkəsi |
Klubu |
|
1 |
Harri Keyn |
25 |
İngiltərə |
“Tottenhem”, “Bavariya” (Almaniya) |
2 |
Mauro İkardi |
25 |
Argentina |
“Qalatasaray” (Türkiyə) |
3 |
Kriştianu Ronaldu |
24 |
Portuqaliya |
“Əl-Nəsr” (Səudiyyə Ərəbistanı) |
4 |
Barnabas Varqa |
24 |
Macarıstan |
“Paks”, “Ferentsvaroş” |
5 |
German Kano |
23 |
Argentina |
“Fluminense” (Braziliya) |
6 |
Erlinq Holann |
23 |
Norveç |
“Mançester Siti” (İngiltərə) |
7 |
Lautaro Martines |
23 |
Argentina |
“İnter” (İtaliya) |
8 |
Kilian Mbappe |
23 |
Fransa |
PSJ |
9 |
Santyaqo Ximenes |
23 |
Meksika |
“Feyenoord” (Niderland) |
10 |
Dominik Ştolts |
23 |
Almaniya |
“Svift Hesperange” (Luksemburq) |
11 |
Viktor Osimxen |
22 |
Nigeriya |
“Napoli” (İtaliya) |
12 |
Amal Pelleqrino |
22 |
Norveç |
“Budye-Qlimt” |
13 |
Santyaqo Cordana |
22 |
Argentina |
“Qarkilaso” (Peru) |
14 |
Maykl Olunqa |
22 |
Keniya |
“Əl-Duhail” (Qətər) |
15 |
Uqo Kuypers |
21 |
Belçika |
“Gent” |
16 |
Albion Rahmani |
21 |
Kosovo |
“Ballkani”, “Rapid” (Rumaniya) |
17 |
Ayron del Valle |
21 |
Kolumbiya |
“Selanqor” (Malayziya) |