"Olimpiakos"un futbolçusu "Qarabağ"la oyundan sonra azarkeşləri söyüb

"Olimpiakos"un futbolçusu "Qarabağ"la oyundan sonra azarkeşləri söyüb "Bu, lazımsız və qəbuledilməzdir"
Futbol
7 Oktyabr , 2022 12:03
Olimpiakosun futbolçusu Qarabağla oyundan sonra azarkeşləri söyüb

"Olimpiakos"un futbolçusu Pape Abu Sisse Yunanıstanda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra yerli azarkeşləri söyüb.

"Report" "Kerkida" nəşrinə istinadən xəbər verir ki, fanatlar 27 yaşlı müdafiəçini 83-cü dəqiqədə əvəzləndiyi vaxt fitə basıb.

Seneqallı oyunçu qarşılaşma bitəndən sonra paltardəyişmə otağına gedən zaman tribunada eşitdiklərinə reaksiya verib və bəzi tərəfdarları yunanca söyüb.

Pirey təmsilçisinin baş məşqçisi Miçel Qonsales Pape Abu Sissenin davranışına münasibət bildirib: "Futbolçu meydanda səhv edəndə bunu qəbul edə bilərsən, amma meydandan kənarda yox. Bu, lazımsız və qəbuledilməzdir".

Bundan əlavə, nəşr "Olimpiakos"un müdafiəçisinin hərəkəti ilə bağlı müzakirələr aparacağını və onu cəzalandıracağını da yazıb.

Son xəbərlər

Orphus sistemi