"Olimpiakos" "Qarabağ"la oyundan əvvəl qələbə qazanıb

"Olimpiakos" "Qarabağ"la oyundan əvvəl qələbə qazanıb Komanda VI turda "Atromitos"u qəbul edib
Futbol
2 Oktyabr , 2022 18:58
Olimpiakos Qarabağla oyundan əvvəl qələbə qazanıb

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos" Yunanıstan Super Liqasında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Miçel Qonsalesin baş məşqçi olduğu komanda VI turda "Atromitos"u qəbul edib.

Qarşılaşma Pirey təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 45+2-ci və 68-ci dəqiqələrdə Sedrik Bakambu vurub.

Xallarının sayını 11-ə çatdıran "Olimpiakos" ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi