Naxçıvanda 10 ceyran təbiətə buraxılıb

Ekologiya
  • 18 noyabr, 2026
  • 17:20
Naxçıvanda 10 ceyran təbiətə buraxılıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Arazboyu ərazidə 10 baş ceyran təbii yaşayış mühitinə buraxılıb.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir ceyranların sayının artırılması, onların təbii arealının genişləndirilməsi və bölgədə ekosistemin qorunmasına töhfə vermək məqsədi daşıyır.

Təbiətə buraxılan ceyranların yeni mühitə uyğunlaşması, təhlükəsizliyinin təmin olunması və populyasiyasının artırılması faunanın mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb edir.