"Arsenal" müdafiəçisi Yurrien Timberlə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib

Futbol
  • 18 noyabr, 2026
  • 17:32
Arsenal müdafiəçisi Yurrien Timberlə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib

İngiltərənin "Arsenal" klubu niderlandlı futbolçu Yurrien Timberlə yeni müqavilə imzalamaq barədə razılığa gəlib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 2031-ci ilin iyun ayınadək qüvvədə olacaq müqavilənin şərtlərini razılaşdırıblar.

Yaxın günlərdə London təmsilçisinin mətbuat xidməti bu barədə rəsmi açıqlama yayacaq.

Qeyd edək ki, "Arsenal" 2023-cü ildə Timberi Niderlandın "Ayaks" klubundan 40 milyon avroya transfer edib. 25 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 10 oyunda iştirak edərək 1 qolla yadda qalıb.

"Transfermarkt" portalı müdafiəçinin qiymətini 70 milyon avro olaraq dəyərləndirir.

44 filmi