"Olimpiakos" Bakıya 24 futbolçu ilə gəlir

Futbol
  • 11 oktyabr, 2022
  • 14:26
Olimpiakos Bakıya 24 futbolçu ilə gəlir

Yunanıstan "Olimpiakos"u "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının IV tur oyunu üçün Bakıya 24 futbolçu gətirəcək.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, bunların 3-ü qapıçı, 7-si müdafiəçi, 12-si yarımmüdafiəçi, 2-si isə hücumçudur.

Qapıçılar: 88. Kostas Tsolakis, 91. Aleksandros Pasxalakis, 99. Atanasios-Teoloqos Papadudis

Müdafiəçilər: 2. Şime Vrsalko, 12. Marselo, 15. Sokratis Papastatopulos,24. Usseynu Ba, 45. Oleq Ryabçuk, 61. Aleksis Kalogeropulos, 66. Pape Abu Sisse

Yarımmüdafiəçilər: 5. Andreas Buxalakis, 6. Yann MVila, 8. Pyer Kunde, 17. Marius Vrusai, 19. Yorqos Masuras, 20. Coş Bouler, 21. Pep Biel, 28. Matyö Valbuena, 33. Hvanq İn-Beom, 74. Andreas-Rixardos Ntoi, 77. Qarri Rodriges, 80. Anastasios Sapuntsis

Hücumçular: 18. Hvan İy Co, 47. Abubakar Kamara

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

44 - Tezliklə