Oğrunu döyən tanınmış futbolçu barəsində istintaq işi açıldı

Oğrunu döyən tanınmış futbolçu barəsində istintaq işi açıldı İtaliyanın "Roma" klubunun futbolçusu Stefan El-Şaaravi ilə bağlı istintaq işi açılıb.
Futbol
5 İyul , 2021 15:49
Oğrunu döyən tanınmış futbolçu barəsində istintaq işi açıldı
Stefan El-Şaaravi

İtaliyanın "Roma" klubunun futbolçusu Stefan El-Şaaravi ilə bağlı istintaq işi açılıb.

"Report" "Corriere della Sera" nəşrinə istinadən xəbər verir ki, buna 29 yaşlı hücumçunun "Lamborghini" markalı avtomobilini oğurlamağa çalışan oğrunu döyməsi səbəb olub.

Hadisə bu il fevralın 12-də baş verib. Dostu və "Milan"dan olan keçmiş komanda yoldaşı Alessio Çerçinin evində "Play Station" oynayan forvard naməlum şəxsin maşınını oğurlamaq istədiyini görüb. Dərhal küçəyə qaçan El-Şaaravi cinayətkarı zərərsizləşdirdikdən sonra polisə xəbər verib.

Mayda məhkəmənin qərarı ilə 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilən şəxs özünə qarşı fiziki təzyiq göstərildiyini əsas gətirərək, futbolçudan hüquq-mühafizə orqanlarına şikayət edib.

Təcrübəli oyunçunun iyulun sonunda ifadə verəcəyi bildirilib.

Son xəbərlər

Orphus sistemi