“Neftçi”nin vitse-prezidenti vəzifəsindən ayrılıb

“Neftçi”nin vitse-prezidenti vəzifəsindən ayrılıb “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov vəzifəsindən ayrılıb.
Futbol
25 Sentyabr , 2023 12:50
“Neftçi”nin vitse-prezidenti vəzifəsindən ayrılıb

“Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov vəzifəsindən ayrılıb.

“Report” xəbər verir ki, Bakı klubu bu barədə feysbuk səhifəsi vasitəsilə paylaşım edib.

Bildirilib ki, vitse-prezident öz istəyi ilə tutduğu postdan azad edilib.

Klub bu illər ərzindəki fəaliyyətinə görə ona təşəkkürünü bildirib: “Bizimlə çalışdığı 7 il ərzində göstərdiyi xidmətlərə görə Elnur Eyvazova təşəkkür edir və gələcək fəaliyyətində uğurlar diləyirik!”

Qeyd edək ki, Elnur Eyvazov 2016-2017-ci illərdə “Neftçi”nin icraçı direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb. O, 2017-ci il iyulun 6-da klubun təsisçisi tərəfindən qəbul edilən qərar əsasında baş verən struktur dəyişikliyindən sonra vitse-prezident vəzifəsinə təyin olunmuşdu.

Son xəbərlər

Orphus sistemi