"Neftçi"nin rəqibi "Beşiktaş"ın vingerini transfer edir

"Neftçi"nin rəqibi "Beşiktaş"ın vingerini transfer edir "Neftçi"nin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Yunanıstan "Olimpiakos"u yeni transferə hazırlaşır.
Futbol
16 İyul , 2021 12:09
Neftçinin rəqibi Beşiktaşın vingerini transfer edir
Jorj - Kevin Nkudu

"Neftçi"nin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Yunanıstan "Olimpiakos"u yeni transferə hazırlaşır.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Pirey təmsilçisi Türkiyə "Beşiktaş"ının hücumameylli yarımmüdafiəçisi Jorj - Kevin Nkudunu heyətinə qatmaq istəyir.

İddiaya görə, fransalı vinger baş məşqçi Pedro Martinsin komandada ən çox görmək istədiyi oyunçulardandır. Tərəflər arasında danışıqların davam etdiyi bildirilib.

Qeyd edək ki, "Olimpiakos" və "Neftçi" arasında ilk oyun iyulun 21-də Yunanıstanda, cavab matçı isə 1 həftə sonra Azərbaycanda olacaq.

Son xəbərlər

Orphus sistemi