"Neftçi"nin qapıçısı: "Vəziyyətimiz yaxşı deyil"

"Neftçi"nin qapıçısı: "Vəziyyətimiz yaxşı deyil" "Artıq bəhanələrə yer yoxdur"
Futbol
14 dekabr 2022 07:27
Neftçinin qapıçısı: Vəziyyətimiz yaxşı deyil

"Hazırda vəziyyətimiz yaxşı deyil".

Bunu "Report"a açıqlamasında "Neftçi"nin qapıçısı İvan Brkiç Azərbaycan Premyer Liqasının XVI turunda "Qarabağ"a 0:4, ölkə kubokunun 1/4 final mərhələsinin ilk matçında "Zirə"yə 0:1 hesablı məğlubiyyətlərin komandaya təsiri barədə danışarkən deyib.

27 yaşlı qolkiper qış fasiləsinədək və ondan sonrakı dönəmdə yaxşı çıxış etmək istədiklərini bildirib: "Nəticələri birlikdə görəcəyik. Hazırda mübarizə aparıb maksimum gücümüzü ortaya qoymalıyıq".

Xorvatiyalı oyunçu kubokun cavab görüşündə mərhələ adlayacaqlarına inandığını söyləyib: "İlk qarşılaşmada uduzduq. Amma indi evdə oynayacağıq. Yarımfinala yüksəlmək üçün hər şeyi etməliyik".

Brkiç "Turan Tovuz"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XVII tur matçı ilə bağlı qısa danışıb: "Çətin oyun olacaq. Amma artıq bəhanələrə yer yoxdur".

Qapıçı "Neftçi"nin cari mövsüm stabil çıxış edə bilməməsinin əsas səbəbi nədir" sualına isə "Buna cavab vermək çətindir", - deyib.

Qeyd edək ki, dekabrın 15-də oynanılacaq "Turan Tovuz" - "Neftçi" görüşü saat 14:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi