"Neftçi"nin məşqçisi: "Çempionluq yarışından qopmamışıq"

"Neftçi"nin məşqçisi: "Çempionluq yarışından qopmamışıq" "Öncə Zəfər günü münasibətilə xalqımızı təbrik edirik. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Oyuna yaxşı başladıq. Amma hesab bərabərləşdikdən sonra oyunumuz alınmadı. Zədəlilərimiz var idi. Sabir Buqrin və Ömər Buludov zədədən əziyyət çəkirdi. Yusuf
Futbol
6 Noyabr , 2021 21:31
Neftçinin məşqçisi: Çempionluq yarışından qopmamışıq
Mübariz Orucov

"Öncə Zəfər günü münasibətilə xalqımızı təbrik edirik. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Oyuna yaxşı başladıq. Amma hesab bərabərləşdikdən sonra oyunumuz alınmadı. Zədəlilərimiz var idi. Sabir Buqrin və Ömər Buludov zədədən əziyyət çəkirdi. Yusuf Lavalın da problemi var idi, amma şans verdik"

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin məşqçisi Mübariz Orucov səfərdə "Keşlə"yə 2:3 hesabı ilə uduzduqları Premyer Liqanın X tur oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlubiyyətin yalnız yorğunluqla bağlı olmadığını bildirib: "Sadəcə, rəqibin qolundan sonra oyun ağırlaşdı. Məcburiyyətdən etdiyimiz rotasiyaların da mənfi təsiri oldu".

Orucov qapıçı Kamran İbrahimovun çıxışına da toxunub: Gəncdir, hamımız onu dəstəkləyirik. Əslində onun qapıda dayanması da məcburi dəyişiklik idi. Aqil Məmmədov məşqdə zədələnmişdi. Öz "uşağ"ımızdır, səhvləri ola bilər. Bu da təcrübədən qaynaqlanır".

Mütəxəssis vəziyyətin nə yerdə olduğunu bildiklərini vurğulayıb: "Qarabağ"a məğlubiyyətdən sonra komandanı toparlamaq lazım idi. Yarışdan qopmamışıq. Sonadək mübarizə aparacağıq"

O, Xorxe Korreanın zədəsini sağaltdığını deyib: "Bu gün oynaya bilərdi. Amma risk etmədik. Digər tərəfdən, limit məsələsi də bizə mane oldu".

Son xəbərlər

Orphus sistemi