"Neftçi"nin legioneri xüsusi təyyarə ilə Qvineyanı tərk edir

"Neftçi"nin legioneri xüsusi təyyarə ilə Qvineyanı tərk edir Yunanıstanın "Olimpiakos", İngiltərənin "Liverpul" və Fransanın "Tuluza" klubları Qvineyadakı çevrilişdən sonra futbolçularını Avropaya qaytarmaq üçün birlikdə çalışır.
Futbol
258
7 Sentyabr , 2021 15:37
Neftçinin legioneri xüsusi təyyarə ilə Qvineyanı tərk edir
Mamadu Kane

Yunanıstanın "Olimpiakos", İngiltərənin "Liverpul" və Fransanın "Tuluza" klubları Qvineyadakı çevrilişdən sonra futbolçularını Avropaya qaytarmaq üçün birlikdə çalışır.

"Report" "Airnews.gr" saytına istinadən xəbər verir ki, "Olimpiakos" və "Liverpul" oyunçuların sağ-salamat ölkədən çıxması üçün xüsusi təyyarə kirayələyib.

Qeyd edək ki, müqavilə ilə Afina klubuna məxsus olan və icarə əsasında "Neftçi"də oynayan Mamadu Kane də hərbi çevrilişə görə Qvineyanı tərk edə bilməyib. 24 yaşlı yarımmüdafiəçi Mərakeş yığması ilə DÇ-2022-nin seçmə oyununa görə Afrikaya yollanıb. Sentyabrın 6-da keçirilməli olan Qvineya - Mərakeş görüşü FIFA-nın qərarı ilə təxirə salınıb. Bir həftə ərzində ölkəyə bütün giriş-çıxışlar dayandırılıb.

Son xəbərlər

Orphus sistemi