"Neftçi"nin kapitanı Azərbaycan çempionatında 150-ci oyununu keçirib
Futbol
- 08 may, 2023
- 07:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Emin Mahmudov Azərbaycan çempionatında 150-ci oyununu keçirib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XXXIII turuna təsadüf edib.
“Turan Tovuz”la səfər matçı “ağ-qaralar”ın kapitanı üçün əlamətdar olub. O, Premyer Liqada keçirdiyi 150 oyunun hamısında “Neftçi” forması geyinib.
Debütü 2017/18 mövsümünə təsadüf edən Mahmudov bu görüşlərdə 37 qola imza atıb.
Yarımmüdafiəçi klub tarixində Azərbaycan çempionatında 150 və daha çox matça çıxan 6-cı futbolçudur. 1992-ci ildən keçirilən yarışda onadək 5 oyunçu ağ-qara forma ilə ən azı 150 dəfə meydana çıxıb.
Qeyd edək ki, “Neftçi” "Turan Tovuz"a 0:4 hesabı ilə uduzub.
Son xəbərlər
06:53
İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
Region
06:18
Tədqiqat: Bəzi fabrik məhsulları bağırsaq xərçəngi riskini azalda bilər
Sağlamlıq
05:42
Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Digər ölkələr
05:05
Albaniyada etirazçıların polis bölməsinə hücumu nəticəsində on nəfər yaralanıb
Digər ölkələr
04:38
Mark Karni hərbi bazada partlayış nəticəsində hərbçilərin öldüyünü təsdiqləyib
Digər ölkələr
04:23
İtaliyada aksiyalar zamanı 160 etirazçı saxlanılıb
Digər ölkələr
03:48
SEPAH: Hörmüz boğazında tanker minaya düşüb
Region
03:12
La Liqa: "Real" "Sevilya"nı darmadağın edib
Futbol
02:53
Liviyada hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr