"Neftçi"nin futbolçusu: "Qələbədə pay sahibi olduğum üçün sevincliyəm"

Futbol
  • 05 mart, 2022
  • 17:40
Neftçinin futbolçusu: Qələbədə pay sahibi olduğum üçün sevincliyəm

"Oyunun çətin keçəcəyini bilirdik. Rəqib yaxşı müdafiə olundu".

"Report"un nəlumatına görə, bunu "Neftçi"nin futbolçusu Azər Salahlı evdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XVIII tur oyunundan sonra mətbuat konfransında deyib.

Qarşılaşmada ikinci qola imza atan 28 yaşlı müdafiəçi qələbədə pay sahibi olduğu üçün sevindiyini bildirib: "İstəyirəm ki, üzərimdə çox çalışıb qollarımın sayını artırım".