"Neftçi"nin futbolçusu ciddi zədə alıb

Futbol
  • 05 mart, 2022
  • 17:58
Neftçinin futbolçusu ciddi zədə alıb

"Neftçi"nin futbolçusu Xəyal Nəcəfov zədələnib.

"Report"un məlumatına görə, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov evdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XVIII tur matçından sonra mətbuat konfransında açıqlama verib.

44 yaşlı mütəxəssis 25 yaşlı oyunçunun vəziyyətinin yaxşı olmadığını bildirib: "Ayağına zərbə aldı. Ola bilər, onu uzun müddətə itirək".

Qeyd edək ki, Xəyal Nəcəfov fasilədə əvəzlənib.

44 filmi