"Qarabağ"ın bu gün qələbə qazanmasını istəyirəm".
"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Yuri Matias Azərbaycan təmsilçisinin Bakıda İsveçin "Hakken" komandasına qarşı keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunu barədə mətbuat konfransında danışarkən deyib.
28 yaşlı braziliyalı müdafiəçi matçın ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib: "Qarabağ" yaxşı heyətə malik güclü komadadır".
Yuri Matias "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XVII turunun oyunu barədə də danışıb: "Həm klub, həm də azarkeşlər üçün əhəmiyyətli matç olacağını bilirəm. Hər kəs belə komandaya qarşı mübarizə aparmaq istəyir. Rəqibimiz güclüdür. Amma biz də "Neftçi"yik. Heç kimdən çəkinmirik. Yaxşı oyun göstərərək qələbə qazanmağa çalışacağıq. Müdafiəçi olaraq hər matçda qol vurmağa söz vermək çətindir. Amma qələbə üçün əlimdən gələni edəcəyimi deyə bilərəm".
Qeyd edək ki, dekabrın 18-də reallaşacaq "Qarabağ" - "Neftçi" qarşılaşması saat 20:00-də başlayacaq.