"Neftçi"nin baş məşqçisi: "Styaua" ilə danışığım olmayıb"

"Neftçi"nin baş məşqçisi: "Styaua" ilə danışığım olmayıb" "Bunu danışıqlarla yox, ürəkdən edirik"
Futbol
22 Sentyabr , 2022 13:33
Neftçinin baş məşqçisi: Styaua ilə danışığım olmayıb

"Klubun prezidenti Cici Bekali ilə komandanın sükanı arxasına keçməklə bağlı danışığım olmayıb".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniyanın "Styaua" klubuna mümkün qayıdışı ilə bağlı "Digisport" nəşrinə açıqlamasında deyib.

47 yaşlı mütəxəssis Bekalinin onun üçün yaxın dost və qardaş olduğunu bildirib: "Biz həmişə çox şeyi müzakirə edirik. Onun məsləhətləri hər zaman mənə kömək olur".

Regekampf gələcəkdə "Styaua"nın baş məşqçisi ola biləcəyini istisna etməyib: "Əmin olun ki, komandanın sükanı arxasına keçəsi olsam, bunun üçün Bekali ilə danışıq aparmağa ehtiyac yoxdur. O, məni tanıyır. Bunu danışıqlarla yox, ürəkdən edirik".

Qeyd edək ki, mövsümün əvvəlində "Neftçi" ilə müqavilə imzalayan Laurentsiu Regekampf 2012 - 2014 və 2015 - 2017-ci illərdə "Styaua"ya rəhbərlik edib. Komanda rumıniyalı mütəxəssislə iki dəfə ölkə çempionu olub, Avropa Liqasının 1/8 final və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi