"Neftçi"nin 33 mövsümdən sonra seriyası qırılıb
Futbol
- 03 dekabr, 2025
- 10:40
"Neftçi" komandasının 33 mövsümdən sonra seriyası qırılıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" tarixində ilk dəfə Azərbaycan Kubokunun 1/4 final mərhələsində iştirak etməyəcək.
1992-ci ildən keçirilən turnirin əvvəlki 33 mövsümündə 8 ən yaxşı komanda sırasına düşən paytaxt təmsilçisinin seriyası sona çatıb.
Bu, cari mövsümün 1/8 final mərhələsində baş verib. Bakı klubu "Zirə" ilə matçın əlavə vaxtında uduzub – 0:1. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşmayadək "Neftçi" kubokda həm bütün mövsümlərdə iştirak edən, həm də daim 1/4 finalda olan yeganə komanda idi.
Qeyd edək ki, "səkkizlik"də iştirak sayında 2-ci olan "Qarabağ" 26, 3-cü olan "Şamaxı" 19 dəfə bu mərhələdə iştirak edib.
Son xəbərlər
11:33
Gürcüstanın Azərbaycandan yanacaq və sürtkü yağları alışına xərci iyunda 56 % artıb
Biznes11:30
Naxçıvanda 6 ayda sahibkarlara 89 təsdiqedici sənəd təqdim edilib
Biznes11:28
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 9 %-ə yaxın artıb
Biznes11:24
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb
Sağlamlıq11:21
Foto
AZAL bu il donanmasına 4-cü təyyarəni əlavə edib
İnfrastruktur11:19
Almaniyanın Azərbaycandakı yeni səfiri: Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyi həvəslə gözləyirəm
Xarici siyasət11:16
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb
Elm və təhsil11:14
Gürcüstan Azərbaycandan neftin və neft yağlarının idxalını 2 dəfə artırıb
Energetika11:10