"Neftçi" ilə oyun "Qarabağ"ın futbolçusu üçün əlamətdar olub

"Neftçi" ilə oyun "Qarabağ"ın futbolçusu üçün əlamətdar olub Filip Ozobiç “Qarabağ”ın heyətində 30-cu qolunu vurub.
Futbol
1 Noyabr , 2021 10:25
Neftçi ilə oyun Qarabağın futbolçusu üçün əlamətdar olub
Filip Ozobiç

Filip Ozobiç “Qarabağ”ın heyətində 30-cu qolunu vurub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın IX turuna təsadüf edib.

30 yaşlı yarımmüdafiəçi “Neftçi”ni 4:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubla imza atıb. Bu görüşədək “Qarabağ”da 29 qol vuran yarımmüdafiəçi əvvəl 30-cu, ardınca 31-ci dəfə fərqlənib. Ozobiç Premyer Liqada 27, avrokuboklarda 4 qol vurub.

O, “Qarabağ”ın tarixində 30 və ya daha çox qol vuran 21-ci futbolçudur. Xorvatiya əsilli oyunçu hərəyə 31 dəfə fərqlənən Kənan Kərimov və Georgi Adamiya ilə 16 - 18-ci yerləri bölüşür.

Bundan əlavə, həmin matçda paytaxt klubunun qollu oyunlar seriyası da qırılıb. Cari mövsümün əvvəlki 8 matçının hamısında qol sevinci yaşayan “ağ-qaralar” ötən çempionatın son 7 qarşılaşmasında da rəqib qapılarına yol tapıb. Bu il aprelin 4-də öz meydanında “Sumqayıt”a 0:2 hesabı ilə uduzandan sonra flaqman ardıcıl 15 oyunda qol vurub. Bu görüşlərdə “Neftçi” ümumilikdə 33 dəfə fərqlənib.

Son xəbərlər

Orphus sistemi