Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün ən yaxşı futbolçusu seçilmiş Namik Ələskərova klublardan 3-nün baş məşqçisi səs verib.
İdman Araşdırmalar Mərkəzinin “Report”un dəstəyi ilə keçirdiyi səsvermədə 26 yaşlı yarımmüdafiəçini "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, onun "Zirə"dəki həmkarı Rəşad Sadıqov və "Keşlə" komandasına rəhbərlik edən Sənan Qurbanov fərqləndirib.
Çempion "Neftçi"nin baş məşqçisi Samir Abasov və "Sabah"ın sükanı arxasındakı Ramin Quliyev "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubirə üstünlük verib.
"Neftçi"nin kapitanı Emin Mahmudovu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev və onun "Səbail"dəki həmkarı Aftandil Hacıyev birinci yerə layiq görüb.
"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovun seçimi isə "Qarabağ"ın hücumçusu Mahir Emreli olub.
Baş məşqçilərin seçimləri
Samir Abasov ("Neftçi") - Abdullah Zubir ("Qarabağ")
Qurban Qurbanov ("Qarabağ")- Namik Ələskərov ("Neftçi")
Ayxan Abbasov ("Sumqayıt") - Mahir Emreli ("Qarabağ")
Rəşad Sadıqov ("Zirə") - Namik Ələskərov ("Neftçi")
Ramin Quliyev ("Sabah") - Abdullah Zubir ("Qarabağ")
Sənan Qurbanov ("Keşlə") - Namik Ələskərov ("Neftçi")
Elmar Baxşıyev ("Qəbələ") - Emin Mahmudov ("Neftçi")
Aftandil Hacıyev ("Səbail") - Emin Mahmudov ("Neftçi")
Qeyd edək ki, səsvermənin əsas şərtinə əsasən, respondentlər öz komandalarının futbolçularını seçə bilməzlər.